Ukrayna Prezidenti Vladimir Zelenski sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfər edib.
Globalinfo.az xəbər verir ki, “Bild” nəşri yazıb.
Qeyd olunub ki, dekabrın 15-də kansler Fridrix Merz və Prezident Vladimir Zelenski, Avropanın bir sıra dövlət və hökumət başçıları, o cümlədən Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer, eləcə də Avropa Birliyinin və NATO-nun yüksək vəzifəli rəsmiləri Berlində sülh danışıqlarına dair görüşdə iştirak edəcəklər.
Xatırladaq ki, ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Jared Kuşner də görüşdə iştirak etmək üçün Berlinə gəliblər.