Zelenski Almaniyaya gedəcək

Almaniya kansleri Olaf Şolts mayın 14-də Ukrayna Prezidenti Vladimir Zelenskiyə Beynəlxalq Karl Mükafatının təqdim edilməsi mərasimində çıxış edəcək.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Bild am Sonntag” qəzeti hökumət dairələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna lideri Axen şəhərinə şəxsən gələ bilər:

“Bu, Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri onun Almaniyaya ilk səfəri olacaq. Lakin Ukrayna Silahlı Qüvvələrinin yaz hücumu səfərə mane ola bilər. Bu halda Zelenski mərasim iştirakçıları ilə videobağlantı vasitəsilə danışacaq”.