Zelenski ABŞ-a gedib

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə dekabrın 12-də Ağ Evdə görüş üçün dəvət göndərib. Ukrayna liderinin ABŞ-a səfəri dekabrın 11-də başlayacaq.

APA-nın xəbərinə görə, bu barədə Prezident Aparatının Telegramdakı məlumatında deyilir.

“Dekabrın 11-də Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri başlayır. Ukrayna prezidenti ABŞ prezidenti Cozef Baydenlə görüşəcək, bir sıra mövzularda danışıqlar aparacaq”, – məlumatda deyilir.