Zelenskaya Rişi Sunak və xanımı ilə görüşdü – FOTO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xanımı Akşata Murti ilə görüşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüş Yelena Zelenskayanın Londona səfəri çərçivəsində baş tutub.

Məlumata görə, görüş zamanı Britaniyanın Ukraynaya dəstəyi məsələləri müzakirə olunub.

Xatırladaq ki, Rişi Sunak noyabrın əvvəlində Kiyevə səfər etmişdi.