Zəhərləndiyi deyilən müğənni xəbəri təsdiqlədi – FOTO

Əməkdar artist zəhərlənməsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Globalinfo.az bildirir ki, oxu.az-ın əməkdaşı səhhəti ilə bağlı məlumat almaq üçün Əməkdar artist Almaz Ələsgərlinin özü ilə danışıb.

Xatırladaq ki, müğənni və aktrisa Almaz Ələsgərli zəhərlənib. Evdə yataq rejimində qalıb.

O, hazırda səhhətinin qaydasında olduğunu bildirib:

“Səhhətim superdir. Hər şey yaxşıdır. Bir qədər səhhətim sözümə baxmadı. İndi hər şey qaydasındadır”.

A.Ələsgərli qidadan zəhərləndiyini qeyd edib:

“Bəli, qidadan zəhərlənmişdim. Bir qədər soyuq da olmuşdu. Hazırda yaxşıyam. Yemək də yeyə bilirəm. Özümü yaxşı, gümrah hiss edirəm. Maraqlandığınız üçün təşəkkür edirəm”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından verilən məlumata görə, aktrisa teatrda fəaliyyətini davam etdirir.

Qeyd edək ki, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uzun illərdir aktrisa olaraq fəaliyyət göstərir.