Zəfər yolu buz bağlayıb – VİDEO

Zəfər yolu buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Globalinfo.az-a verilən məlumata görə, hazırda Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir.

Həmçinin nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Agentlik sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir.