Xalq Zəfər qəhrəmanlarının xatirəsini əziz tutur – FOTOLAR

Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanına insan axını davam edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq vətəndaşlar torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarlarını ziyarət edir, önünə tər güllər düzür, onların əziz xatirəsini ehtiramla yad edirlər.

Ziyarətdən fotoreportajı təqdim edirik.

***09:51

8 Noyabr – Zəfər Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanı ziyarət edilir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan xalqı İkinci Şəhidlər Xiyabanına axın edir, torpaqlarımızın qorunması uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları ziyarət olunur.

Xalq şəhidlərin məzarları önünə tər güllər düzür, onların əziz xatirəsini yad edirlər.