Zaxarovadan sülhməramlılarla bağlı açıqlama

“Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyəti yeni şərtlərə uyğunlaşdırılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Hazırda Rusiya sülhməramlılarının bir neçə stasionar və müvəqqəti müşahidə postları bağlanılıb. Bizim sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur”, – Zaxarova bildirib.