Zaxarova Qarabağdan köçən ermənilərdən danışdı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağdan Ermənistana köçən ermənilərin humanitar problemlərinə toxunub.

Globalinfo.az xəbər verir ki, o, Rusiyanın Ermənistanı və Qarabağdan köçən ermənilərə dəstək olmaq üçün addımlar atmağa davam edəcəyini vurğulayıb.

“Bu gün səhər 40 ton humanitar yardım İrəvana yola düşüb. Ölkəmizin Ermənistana yardımını alqışlayırıq”, – Zaxarova bildirib.

Safura Bənnayeva
Globalinfo.az