“Navalnı ilə bağlı Qərb ölkələrinin birgə bəyanatını uydurmadır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bütün bəyanatlar və müzakirələr Qərbin diqqətini özünün həyati problemlərindən yayındırmağa yönəlmiş uydurmalardır.
Onlardan Navalnının test nəticələrini rəsmi olaraq açıqlamaları istənildikdə, Sergey Skripal haqqında sensasion hekayələr dedilər. Eyni şey Skripal və qızının harada olduğu soruşulduqda da keçərlidir”, – diplomat bildirib.
Qeyd edək ki, Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland xarici işlər nazirlərinin razılaşdırdığı birgə bəyanatda rusiyalı müxalif siyasətçi Aleksey Navalnının Rusiya həbsxanasında epibatidin adlı maddə ilə zəhərləndiyi iddia olunub.
Bəyanatda qeyd olunur ki, epibatidin Cənubi Amerikada yaşayan zəhərli qurbağalardan əldə edilən güclü toksindir və Rusiyada bu maddə ilə təbii təmas praktik olaraq mümkün hesab olunmur.
Birgə açıqlamada vurğulanır ki, Navalnı həbsdə olarkən həyatını itirib və bu səbəbdən onun zəhərlənməsi məhz Rusiya tərəfinin nəzarəti ilə həyata keçirilib.