“Kansler Fridrix Merz Almaniyanın hərbi-sənaye kompleksinin (VPK) quludur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində deyib.
“Görünür, daha çox pul, daha çox sifariş lazımdır ki, Merzə də nəsə çatsın”, – deyə diplomat bildirib.
Qeyd edək ki, daha əvvəl Almaniyanın xarici işlər naziri İohan Vadeful Ukrayna lideri Volodimir Zelenskini tənqid edib. O hesab edir ki, Almaniya Ukraynaya ən fəal maliyyə və hərbi yardım göstərən ölkələrdən biri kimi bunun müqabilində fayda əldə etməlidir.
Nazir Kiyevi Almaniyanın hərbi-sənaye kompleksindən aldığı sifarişlərin həcmini artırmağa çağırıb.
Əliyar Xəlil
Globalinfo.az