Zaxarovadan Laçın yolundakı aksiya barədə açıqlama: “Tezliklə…”

“Rusiya Laçın yolunun bağlanmasından narahatdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarixi İşlər Nazirliyin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Kreml yolun tezliklə açılacağına, nəqliyyat əlaqəsinin bərpa olunacağına ümid edir.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Bakı Xankəndiyə gedən yolun Rusiya sülhməramlıları tərəfindən bağlandığını açıqlamışdı.

Gülnar Səlimova
Globalinfo.az