Zaxarovadan Avropanın sanksiya qərarına münasibət

“Rusiyaya qarşı yeni sanksiyalar paketi Avropa İttifaqının özündə sosial və iqtisadi problemlərin artmasına səbəb olacaq”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Aİ-nin ölkəsinə qarşı 9-cu sanksiya paketini qəbul etməsinə münasibət bildirən zaman deyib.

O, sanksiya paketinin qeyri-legitim birtərəfli məhdudlaşdırıcı tədbirlərdən ibarət olduğunu qeyd edib:

“Aİ liderləri məhdudiyyətlər dövründən çıxa bilmir və Rusiyaya qarşı bütün anti-Rusiya sanksiyalarının və təzyiq siyasətlərinin əbəs olduğunu qəbul edə bilmirlər. Hazırkı paket əvvəlki paketlərlə eyni effekt verəcək və Aİ-nin özündə sosial və iqtisadi problemləri daha da kəskinləşdirəcək”.

Qeyd edək ki, Aİ-yə üzv ölkələr dünən 200-ə yaxın şəxs və qurum ilə 3 Rusiya bankının əlavə edilməsini, ikili istifadə məhsullarına ixrac qadağasını və mədən investisiyalarına qadağaları ehtiva edən 9-cu sanksiyalar paketini təsdiqləyib.