“İndi təcavüzkarın kim olduğuna şübhə yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın müdafiə naziri Boris Pistoriusun son çıxışını şərh edərkən deyib.
O bu barədə “RİA Novosti” agentliyinə müsahibə verib.
Qeyd edək ki, bundan əvvəl Boris Rusiyanın 2029-cu ildən əvvəl NATO-ya hücum edə biləcəyini demişdi.
“Mütəxəssislər iddia edirlər ki, hücum 2028-ci ildə mümkün ola bilər. Biz NATO-nun özünü müdafiə etmək iqtidarında olmadığı təəssüratı yaratmamalıyıq. Nə olursa olsun, döyüşə hazır silahlı qüvvələrimiz var, amma onları daha da yaxşı təchiz etməliyik”, – deyə o bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az