Zaxarova xəbərdarlıq etdi: Rusiya Polşaya sərt cavab verəcək

“Rusiya Polşaya qarşı sərt tədbirlər hazırlayır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiya öz diplomatlarının Polşada hərəkətinin məhdudlaşdırılmasına qarşı cavab tədbiri görəcək və rusofob Polşa elitası bundan çox peşman olacaq. Təfərrüatlar hələ də məlum deyil. Biz Polşa Xarici İşlər Nazirliyindən verilən qərarın təfərrüatları ilə bağlı nota aldıqdan sonra böyük ölçüdə cavab tədbirləri görəcəyik. Polşanın növbəti anti-Rusiya addımlarından təəssüflənirəm”, – deyə Zaxarova vurğulayıb.

Xatırladaq ki, daha öncə Polşanın xarici işlər naziri ölkə hakimiyyətinin rusiyalı diplomatların hərəkətinə məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az