Zaxarova səs verəcəyi günü açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hansı gündə səs verəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi martın 16-da səs verəcək.

“Mən əlbəttə ki, səsverməyə gedəcəm. Biz hazırda informasiya dəstəyi ilə məşğuluq. Bu mərhələnin başlanğıcı bizim üçün çox vacibdir. Ona görə də, mən səsimi sabah səhər verəcəm”, – Zaxarova vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı postu uğrunda 4 namizəd (Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov) mübarizə aparır.

Əliyar Xəlil
Globalinfo.az