“Rusiya sərhədçilərinin Ermənistanın Zvartnots beynəlxalq hava limanından çıxarılmasına dair fikirləri İrəvanın Moskavaya qarşı qeyri-dost münasibətinin növbəti təzahürü kimi qiymətləndiririk”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
XİN rəsmisi Ermənistan parlamentinin spikeri Alen Simonyanın rus sərhədçiləri ilə bağlı açıqlamasına münasibət bildirib:
“Biz Ermənistan rəsmilərindən bu mövzuya dair hər hansı rəsmi müraciət almamışıq. Zvartnots beynəlxalq hava limanı ilə bağlı məsələnin gündəmə gətirilməsinə səbəb Rusiya ordusundan fərarilik edərək Ermənistana qaçmış hərbçi Dmitri Setrakovun başına gələnlərdir. O, Ermənistan ərazisində saxlanıldıqdan sonra Rusiyaya qaytarılmışdı. Sizi əmin edə bilərəm ki, Rusiya tərəfindən hər hansı qeyri-qanuni addım atılmayıb. Biz həmişə suveren dövlətlərin qanunvericiliyinə hörmətlə yanaşırıq”.
Ayşən Mustafa
Globalinfo.az