Zaxarova NATO-nu və Aİ-ni sülhə mane olmaqda suçladı

“Nə Brüsselin, nə də ABŞ-ın vasitəçiliyi Cənubi Qafqazda sülhlə nəticələnmədi”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 25-də keçirilən üçtərəfli görüşü şərh edərkən deyib.

Zaxarova sülh prosesinin uzanmasında NATO-nu günahlandırıb:

“Bu qüvvələr harada görünürlərsə, orada sabitliyi pozurlar. NATO ölkələrinin, xüsusilə ABŞ və Türkiyənin Cənubi Qafqaza böyük maraq göstərdiyini müşahidə edirik. Əminik ki, alyansın müdaxiləsi regionda sabitliyin pozulmasına səbəb olacaq və sülh müqaviləsinin imzalanmasını uzun müddətdə ləngidəcək.

Anlayırıq, Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləmək asan deyil, amma sülhün də alternativi yoxdur. Növbəti aylarda iki ölkə arasında yeni əlaqələr yaradılacaq. Dini rəhbərlərin və ekspert icmalarının dialoqu, həmçinin parlamentlərarası üçtərəfli təmasların başlaması prosesdə müsbət atmosferin formalaşması üçün vacibdir”.

M.Zaxarova çıxışında Avropa İttifaqının DA (Aİ) ünvanına kəskin ifadələr işlədib. O, deyib ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət prinsipi Rusiya ilə geosiyasi qarşıdurma yaratmaqdır.

Zaxarova monitorinq missiyasının tamamilə fərqli məqsədlə Ermənistana gəldiyini bildirib:

“Kanadalıların Ermənistana gəlməsi açıq şəkildə təsdiq edir ki, xarici siyasətdə müstəqilliyini tamamı ilə itirmiş Avropa İttifaqı ABŞ və NATO-nun maraqlarına xidmət edir. Bu missiya iki ölkə arasında qığılcımın yaranmasına səbəb oldu, nəticədə isə sərhəddə toqquşmalar davam etdi. Bu, sərhəddə demarkasiya üzrə ikitərəfli komissiyanın mövcudluğunu zəruri olduğunu göstərir”.

O bildirib ki, XİN başçıları səviyyəsində təmaslar növbəti aylarda da davam edəcək.

Ayşən Mustafa
Globalinfo.az