1645702155 zaxarova 1 900x487 2

Rusiya Türkiyədən Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq olunması ilə bağlı rəsmi müraciət almayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Moskva xarici tərəfdaşların bütün sülh təşəbbüslərinə diqqətlə yanaşır.

Bununla belə, Qara dənizdə hərbi fəaliyyətin dayandırılması ilə bağlı əvvəlki mexanizmin yenidən tətbiqi hazırda məqsədəuyğun hesab edilmir.

Zaxarova söhbətin 2022-2023-cü illərdə gündəmdə olan “Qara dəniz təşəbbüsü”nə bənzər birtərəfli razılaşmadan getdiyini deyib. O, Moskvanın həmin modelə qayıtmaq niyyətində olmadığını bildirib:

“Əvvəlki razılaşmanın həyata keçirilməsi qarşı tərəfin də analoji addımlar atmasını nəzərdə tuturdu. Həmin öhdəliklər yerinə yetirilməyib. Hazırda Türkiyənin Qara dənizdə hərbi əməliyyatlara moratoriumla bağlı Rusiya tərəfinə rəsmi müraciəti daxil olmayıb”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Hakan Fidan avqustun 8-də Ankaranın hərbi əməliyyatlara moratorium təklifini Rusiya və Ukraynaya çatdırdığını açıqlamışdı.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: