Ermənistandakı əsirlərimizlə bağlı müsbət məqam

“Hazırda Azərbaycan və Ermənistan arasında əsirlərin mübadiləsi üçün yaxşı şərait yaranıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz görüşlərdə tərəfdaşlarımıza “hər kəs hər kəs üçün” prinsipi ilə əsirlərin dəyişdirilməsi barədə çağırış etmişik. Düşünürük ki, hazırda şərtlər uyğundur. Moskva məsələnin uğurlu şəkildə həllinə ümid edir”, – Zaxarova bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onlar hazırda Ermənistanda həbsdə saxlanılırlar.

Ayşən Mustafa
Globalinfo.az