“Rusiya ilə əməkdaşlığın faydalarını müzakirə etmək suverenlikdən imtina etmək demək deyil”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gümrü şəhərinin rusiyapərəst meri haqda açılan cinayət işinə münasibət bildirərkən deyib.
Bu addımı “heyrət doğuran” adlandıran Zaxarova qeyd edib ki, Avropa İttifaqına daxil olmaq istər-istəməz ölkələrin suverenliyini müəyyən qədər məhdudlaşdırır, lakin Ermənistanda Avropaya inteqrasiya çağırışlarına görə heç kim məsuliyyətə cəlb edilmir.
Onun sözlərinə görə, xarici siyasətin istiqamətləri barədə müzakirə aparmaq demokratik cəmiyyət üçün tamamilə normal təcrübədir.
Tahir Turan
Globalinfo.az