Zaxarova erməni jurnalistə aman vermədi

Rusiya XİN sözçüsü Mariya Zaxarova erməni jurnalistin sualını cavabsız qoyub.

Globalinfo.az xəbər verir ki, brifinqdə ona sual ünvanlayan erməni jurnalist Laçın yolu ilə bağlı məqamları soruşub:

“Dünən bu mövzu ətraflı şəkildə xarici işlər naziri Sergey Lavrov tərəfindən şərh edilib. Mənim onun şərhlərinə heç bir əlavəm yoxdur”.

Jurnalist mövzunu davam etdirməyə çalışdıqda isə Zaxarova ona “dediklərimi təkrarlamağa hazırlaşmıram” söyləyib.

Bundan əlavə, erməni jurnalist dünənki açıqlamanı Brüsseldəkindən daha Azərbaycanyönlü hesab etdiyini söyləyib:

“Qiymətləndirmə hüququnuza etiraz edə bilmərəm. Ancaq bununla belə mən öz rəsmi mövqeyimizə sadiq qalıram. Həmin mövqe ötən gün nazir tərəfindən səsləndirilib” – Zaxarova bildirib.

Zaira Akifqızı
Globalinfo.az