1726825764203691215666ed4524350b1

“Buxarest Rusiyanın Rumıniyada prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı sözlərini geri götürməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Rusiya Rumıniyada keçirilən prezident seçkilərinə müdaxilə ilə bağlı ittihamları dəfələrlə rədd edib. Bu cür fərziyyələr heç bir əsası olmayan uydurulmuş cəfəngiyyatdır. Buxarest Qərbin hər şeydə Moskvanı günahlandıran tendensiyasını yamsılamaq qərarına gəlib”, – deyə Zaxarova vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: