Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın Moskvadakı səfirliyinin teleqram kanalında SSRİ bayrağını təhrif edən xəritənin paylaşılmasına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu addıma görə üzr istəmək yaxşı olardı.
Onun fikrincə, bu ya Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşlarının axmaqlığı, ya da nasist Almaniyası ilə SSRİ-ni qəsdən eyniləşdirməyə yönəlmiş qanunsuz cəhddir. Üçüncü ehtimal isə bu cür işlərin Ukraynanın rusdilli vətəndaşlarına həvalə edilməsi ilə bağlı ola bilər.
Xatırladaq ki, Almaniya səfirliyi faşizm üzərində Qələbədən sonrakı Almaniyanın işğal zonalarını əks etdirən xəritədə SSRİ-nin bayrağını qırmızı fonda ağ dairədə qara çəkic və oraqla təsvir etmişdi. Bu, orijinal SSRİ bayrağından ciddi şəkildə fərqlənir və ictimaiyyətin tənqidinə səbəb olmuşdu.
Tahir Turan
Globalinfo.az