Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycana təşəkkür edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə danışıb.
Zaxarova qeyd edib ki, iyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib:
“Vəziyyətin gərginləşdiyi zamanda rusiyalılarım İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə təşəkkür edirəm”.
Xatırladaq ki, İsrailin İrana raket hücumları başlayandan bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki “Astara” sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub.