Zaxarova Azərbaycan XİN-in bəyanatına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Yekaterinburqda azərbaycanlı diaspor üzvlərinin saxlanılması ilə bağlı vəziyyətə dair açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, 28 iyun tarixində Azərbaycanın Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının Azərbaycandakı işlər vəkili Pyotr Volokov məsələ ilə bağlı Azərbaycan tərəfinə zəruri izahatlar təqdim edib.

Diplomat qeyd edib ki, Volokov vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarəti altında olduğunu bildirib və bu barədə Azərbaycan tərəfinə əminlik verib.

Aysel Əliyeva
Globalinfo.az