Rusiyadan Azərbaycana gözlənilməz etiraz: Bakı yaxşı bilir ki…

“İrəvanda verilən qərarların günahı və məsuliyyətini Rusiyanın üzərinə atmaq lazım deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Şərq İqtisadi Forumu çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Ermənistan rəhbərliyi Qarabağda Azərbaycanın suverenliyini tanıyıb. Buna necə münasibət bildirmək isə Ermənistan xalqının işidir. Rusiya heç vaxt Ermənistanın düşməni olmayıb, olmayacaq da”, – Zaxarova bildirib.

Rusiya XİN sözçüsü həmçinin Moskvanın Bakıya diplomatik demarş elan etdiyini deyib:

“Rusiya Bakının yeni regionlarda seçkilərin tanınmaması ilə bağlı bəyanatı haqda diplomatik kanallar vasitəsilə demarş edib. Biz ondan çıxış edirik ki, Bakı ölkəmizin ərazi bütövlüyü məsələlərinə Azərbaycan Respublikasının ərazi bütövlüyü məsələsində tərəfdaşlarımızın bizdən gözlədiyi eyni hörmətlə yanaşmalıdır. Hesab edirəm, azərbaycanlı dostlarımız yeni regionların tarixini yaxşı bilirlər”.

Ayşən Mustafa
Globalinfo.az