Zaur Qəhrəmanov vəzifəsindən istefa verdi

Zaur Qəhrəmanov “Neftçi”nin Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Z.Qəhrəmanov bu vəzifəyə 9 il əvvəl təyin olunmuşdu.

Onu da əlavə edək ki, Zaur Qəhrəmanov daha əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru olub. O, ötən il vəzifəsindən azad edilərək SOCAR prezidentinin müşaviri təyin edilib.