Zaqatala dağlarında itkin düşən turistlərdən xəbər var – ADLAR / YENİLƏNİB

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimlikləri məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onlar – Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.

***17:25

Zaqatalada şəlaləyə gedən və itkin düşən Bakı şəhər sakinlərindən xəbər var.

Globalinfo.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan iki nəfərin olduqları yer müəyyən olunub:

“Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir”.

***09:00

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.