Zaqatalada öldürülən qadının anası danışdı – YENİLƏNİB

Zaqatalada qətlə yetirilən 34 yaşlı Aygün Həşimova ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Globalinfo.az-ın xəbərinə görə, A.Həşimovanın anası Zəminə Həşimova “Report”un yerli bürosuna bildirib ki, qızı Zaqatalada kafedə işləyirdi.

“Qızım 3-4 gün öncə işdən gələndə Əli Səfərov qabağını kəsib onu qaçırmağa gəldiyini bildirib. O, qızımın işlədiyi kafe ilə üzbəüz olan hoteldə qalırdı. Aygünü onunla birlikdə özünü də öldürəcəyi ilə hədələyib. Əli Aygünün ikinci həyat yoldaşı olub. Ailədə çoxlu söz-söhbət olub. Əli onu döyüb, pulunu alırdı. Aygün bunlara dözə bilməyib 10 gün əvvəl qayıdıb gəldi. O, qızımın adına kredit götürüb, onu borca salıb”, – deyə Z.Həşimova vurğulayıb.

Qeyd edək ki, hadisə səhər saatlarında Zaqatala şəhəri Həzi Aslanov küçəsində baş verib. Zaqatala rayonu Qımır kənd sakini 34 yaşlı Aygün Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Şamaxı rayon sakini 32 yaşlı Əli Səfərov saxlanılıb.

Aygün Həşimovanın meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***11:06

Zaqatalada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Zaqatala rayon prokurorluğundan Globalinfo.az-a verilən məlumata görə, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***10:28

Zaqatalada baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə qısqanclıq zəminində baş verib. Qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir. Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır. Onlar ailəli olublar, bir müddət əvvəl ilə boşanıblar. Aygün Həşimova müvəqqəti olaraq Bakı şəhərində yaşayıb. O, bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

***09:47

Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Fotolar APA-ya məxsusdur:

Zaqatalada qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO - YENİLƏNİB Zaqatalada qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO - YENİLƏNİB Zaqatalada qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO - YENİLƏNİB