Zaqatalada itlərin öldürülməsinin TƏFƏRRÜATI – VİDEO

Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsini lentə alan şəxs hadisənin təfərrüatını danışıb.

Heyvansevər Nizami Ramazanov bildirib ki, hadisə 20 iyun səhər saatlarında baş verib.

“Şəhər ərazisindən güllə səsləri gəlirdi. Bacımla birgə maşınla güllə səsi gələn əraziyə getdik. Tala körpüsü adlanan ərazidə motosikletin arxasında yeni ölmüş 10-15 itin cəsədi var idi”, – deyə N.Ramazanov bildirib.

Globalinfo.az daha ətraflı Baku TV-nin süjetini təqdim edir: