Zaqatalada fərdi yaşayış evi yanıb

743b95b2 ebda 5193 9ee4 0b4f4877b92c

Zaqatalada fərdi yaşayış evi yanıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini Xədicə Nəzir qızı Musayevaya məxsus, ümumi sahəsi 70 kv/m olan kürsülü birmərtəbəli 2 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının sündürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində yaşayış olmayan evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.