8f1c3604 3480 4ae9 beed ece287014d44 21

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.

Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş: