Zaqatalada ağır qəza: ölənlər var

vaz qeza

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Globalinfo.az-a bildirilib ki, Zaqatala rayonunun Muğanlı kəndi ərazisində Fəryad İbrahimovun idarə etdiyi KİA markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan VAZ-2106-ya çırpılıb.

Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan VAZ-2106-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin sonuncu avtomobildəki sərnişin, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, KİA-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da hadisə zamanı xəsarət alıb.

1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.