Zaporojyeyə raket zərbəsi endirilib – Ölən var

Rusiya Ukraynanın Zaporojye şəhərinə raket zərbəsi endirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə şəhər sovetinin katibi Anatoli Kurtev məlumat verib.

Raket zərbəsi nəticəsində 2 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı bildirilib.

“Partlayış dalğası hündürmərtəbəli binaların şüşələrini sındırıb, təhsil müəssisəsi və supermarketin binasına ziyan vurub”, – məlumatda qeyd olunub.