Dünyanın bir neçə ay vaxtı var – Yeni fəlakət riski

Ukraynanın Xerson şəhərinin yaxınlığında yerləşən Kaxovka Su Elektrik Stansiyası bəndinin partladılması bölgədə nüvə təhlükəsinin yaranmasına səbəb olub. Zaporoje Atom Elektrik Stansiyasından təxminən 150 kilometr cənubda yerləşən bənd hələ də Rusiyanın nəzarəti altındadır.

Globalinfo.az xəbər verir ki, təxminən 18 kub kilometr su daşımaq qabiliyyətinə malik olan bənd Zaporoje Atom Elektrik Stansiyasının soyutma sistemlərini təmin edir.

Ukrayna rəsmiləri bildiriblər ki, bəndin dağılması Rusiyanın nəzarətində olan Zaporoje AES-i yenidən nüvə fəlakəti təhlükəsi ilə üz-üzə qoyub. Qurumlar hazırda vəziyyətin nəzarət altında olduğunu, amma suyun səviyyəsinin sürətlə azalmasının stansiya üçün təhlükə yaratdığını qeyd ediblər.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) rəhbəri Rafael Qrossi isə obyektdə reaktorların soyudulması üçün bir neçə ay kifayət edəcək qədər suyun olduğunu, amma yenə də stansiyanın vəziyyətini diqqətlə izlədiklərini bildiriblər.

Ayşən Mustafa
Globalinfo.az