mdb zakir

Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 2-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə MDB-yə üzv ölkələrin müdafiə nazirləri fəxri qarovulun və hərbi orkestrin müşayiəti ilə Moskva şəhərindəki Qələbə abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Nümayəndə heyəti rəhbərlərinin xatirə fotosu çəkdirilib.

Keçirilən məhdud tərkibli iclasda ölkələrimiz arasındakı regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektləri, həmçinin digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində general-polkovnik Zakir Həsənovun rusiyalı həmkarı, cənab Andrey Belousov ilə ikitərəfli görüşü də olub.

Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişafı perspektivləri müzakirə edilib.

d400fc6bb3cba1573aa03413e3890cbe aebbbef4cb1d5406ba1664a778f5b8a7 2f4325fbf279ff158a4618dc5cafd383 7928a9e2beb464ddbf98b8c009d41ba0

Paylaş: