erdogan zakir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində iştirak edib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmçinin səfər çərçivəsində müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Müştərək Hərb İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri institutlarında keçirilən “Qərargahın idarəedilməsi” kurslarının buraxılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara sertifikatlar təqdim edilib.

7f4a4dcdc1fbbfcf31f4295df9459be3
a7a985b94b8e7dce3e811eec8b906bda
8093e49993f290abe64aaa9d79b13729
13b05b501a3510a2e827c0956ffa6c31

Paylaş: