Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi – VİDEO


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunu təbrik edib.

Globalinfo.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini ürəkdən təbrik edib, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətdə uğurlar arzulayıb.