Zakir Həsənov Qaribaşvili ilə də görüşdü – YENİLƏNİB

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 14-də Gürcüstanın Baş naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

MN-dən Globalinfo.az-a verilən məlumata görə, əvvəlcə general-polkovnik Z.Həsənov nümayəndə heyəti ilə birgə Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.

Sonra müdafiə naziri Gürcüstanın Baş naziri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin oktyabr ayında Gürcüstana işgüzar səfərinin xüsusi əhəmiyyətə malik olduğu qeyd edilib və ümumilikdə dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi vurğulanıb.

Tərəflər regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini bildiriblər.

***13:33

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüşdə Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq, strateji tərəfdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Zakir Həsənovun Gürcüstana bugünkü səfəri çərçivəsində iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Zakir Həsənov Qaribaşvili ilə hərbi əməkdaşlığı müzakirə edib - VİDEO  - YENİLƏNİB Zakir Həsənov Qaribaşvili ilə hərbi əməkdaşlığı müzakirə edib - VİDEO  - YENİLƏNİB Zakir Həsənov Qaribaşvili ilə hərbi əməkdaşlığı müzakirə edib - VİDEO  - YENİLƏNİB