zab

AYNA tərəfindən Sabunçu rayon Zabrat qəsəbəsi Şəhər şosesində avtobus zolağı çəkilir.

Globlinfo.az quruma istinadən xəbər verir ki, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1600 dəfədən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə yaxın sərrnişin daşınır.

461153955 842398178016198 7815233194021159539 n 1
461319981 842398274682855 8011541857914975933 n

Paylaş: