Yuxarı Qarabağ kanalı daşdı – Xeyli ərazi su altında qaldı

Yuxarı Qarabağ kanalı daşıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.

Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsindən bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.

Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.