Yumurta maqnatı killerin səhvinə görə sağ qaldı – VİDEO

Voronejdə quşçuluq fermasının sahibinə sui-qəsd cəhdi qatilin səhvi ucbatından baş tutmayıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Voronej vilayətinin ən böyük quşçuluq fermasının sahibi Gennadi Şiryayev qatilin səhvi ucbatından möcüzəvi şəkildə sui-qəsddən xilas olub. Məlumata əsasən, sahibkarın dəbdəbəli yolsuzluq avtomobilini adətən sürücüsü idarə edir və özü arxa oturacaqda oturur. Taleyüklü səfərdə o, maşını özü idarə etmək qərarına gəlib.

Əvvəlcə qatil, bunu bilməyib və avtomobilə iki dəfə atəş açıb. Şiryayevin qohumunun dediyinə görə, çox güman ki, 59 yaşlı iş adamı təqib olunub.

Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsi “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb.

Xatırladaq ki, Gennadi Şiryayevin həyatına sui-qəsd dünən baş verib. İş adamının avtomobili Federal Antiinhisar Xidməti yumurta qiymətlərinin kəskin artması səbəbindən onun quşçuluq fermasına qarşı iş açdıqdan iki gün sonra atəşə tutulub.