FotoJet 2022 12 08T185200.498

İdarə etdiyi nəqliyyat vasitəsində qanunsuz olaraq projektordan istifadə edən sürücü inzibati məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, “Scania” markalı, 90-RY-438 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Rzayev Allahşükür Valeh oğlu nəqliyyat vasitəsinə əlavə projektorlar quraşdıraraq və ban hissəsinə müxtəlif məzmunlu rəsmlər çəkdirərək idarə etdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq tənbeh tədbirləri görülüb.

318037887 707550967267526 3192093812940679814 n

Qeyd edək ki, nəqliyyat vasitəsinə projektorların quraşdırılaraq istifadəsi sutkanın qaranlıq vaxtı əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsini məhdudlaşdırır, buda nəticə etibarı ilə yollarda hansısa bir xoşagəlməz hadisənin baş verməsinə səbəb olur.

 

Paylaş: