Yük maşını minik avtomobillərinin üstünə aşdı: ölənlər var

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib, 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Silivri rayonunda qeydə alınıb.

Yük avtomobili hərəkətdə olan iki minik maşını ilə toqquşub.

İlkin ehtimala görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi olub.