At arabasını vurdu, sonra yük maşını ilə toqquşdu – Ölən var

qeza 1

Ağdaş rayonunda yük maşını minik avtomobili ilə toqquşub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Aşağı Zeynəddin kəndi yaxınlığında baş verib.

32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.

Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinlər – 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.