Yük maşını körpüdən aşdı: ölən var

Gədəbəydə yük maşını körpüdən aşıb, ölən və xəsarət alan var.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 1973-cü il təvəllüdlü Ramiz Aydın oğlu Rzayevin idarə etdiyi “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1983-cü il təvəllüdlü Azər Zülfüqar oğlu Quliyev isə ağır bədən xəsarətləri alıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsinin səbəb olduğu ehtimal olunur.