araz eliyev 1


Dünən axşamdan etibarən yoxa çıxdığı deyilən III Respublika” Platformasının və NİDA Vətəndaş Hərəkatının üzvü Araz Əliyevlə bağlı yeni məlumat var.

Globalinfo.az xəbər verir ki, onun həyat yoldaşı Gülarə İsmayılova A.Əliyevdən 24 saatdır xəbər alınmadığını bildirib.

Daha sonra A.Əliyevin 25 sutkalıq həbs edildiyi ortaya çıxıb. Onun həyat yoldaşı G.İsmayılova Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirərək Araz Əliyevin harada olduğunu soruşub.

1994-cü il təvəllüdlü Araz Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində 25 sutka inzibati həbs qərarı çıxarılıb.

Paylaş: