Cənubi Koreya hakimiyyəti Muan hava limanında baş verən təyyarə qəzasında 179 nəfərin öldüyünü təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, iki nəfər xilas edilib.
***14:04
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, üç nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsində 10 yaşadək azı beş uşaq olub.
Ümumilikdə, təyyarədə 175 sərnişin olub.
***10:35
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 122 nəfərin öldüyü təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
***09:50
Son məlumata görə, qəza nəticəsində həlak olanlardan 120-nin meyiti tapılıb.
***08:49
Cənubi Koreyada qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsindəki 181 nəfərdən 179-u həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, iki nəfərin xilas edilib.
Hələ ki 94 nəfərin meyitinin tapıldığını, itkin düşənlərin isə böyük ehtimalla öldüyü açıqlanıb.
Təyyarənin quş sürüsü ilə toqquşduğuna dair görüntülər yayılıb.
Qeyd edək ki, qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.