Yoluxanların və peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son həftə ərzində 2 744, hazırkı dövrədək isə 7 674 567 test aparılıb.

Azərbaycanda son 1 həftədə 130 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb

X X X

Azərbaycanda avqustun 28-dən sentyabrın 3-dək koronavirus (COVID-19) əleyhinə 374 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 228, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39, üç və daha çox doza vaksin vurduranların sayı 95, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 12 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 301, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 402, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 353, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 147, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 399 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb